Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

kemaleddin-heyderova-iki-yeni-muavin-teyin-edildi
Oxunma sayı: 6668

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev isə 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.