Kiberüsulla 93 min manat oğurlayıbmış - Foto

kiberusulla-93-min-manat-ogurlayibmis
Oxunma sayı: 2880

Kiberüsüllarla kartlardan külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt sakini olan bir nəfərin bank kartından 22 760 manat vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiberüsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93 000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.