Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.
Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.
Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı bildirilir.
Rusiya tərəfi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinin vurulduğunu iddia etsə də, Kiyev çoxmərtəbəli yaşayış binasının hücuma məruz qaldığını açıqlayıb.



Son xəbərlər
Son Xəbərlər