“Komandamız təslim olmadı” - Video

komandamiz-teslim-olmadi
Oxunma sayı: 328

“Hamını təbrik edirəm. Unudulmaz bir gecə, unudulmaz oyundur”.

“Qafqazinfo”nun məlumatına görə, bunu “Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası üzərində qələbəsindən (3:2) sonra müdafiəçi Elvin Cəfərquliyev deyib.

“Soyuq havada gəlib dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar bu qələbəyə layiq idilər. Şükürlər olsun ki, hər şey bizim üçün yaxşı alındı. İkinci qolu buraxanda bu, oyunun qırılma anı ola bilərdi. Amma komanda təslim olmadı. Oyunun gedişində içimdə ümid vardı ki, biz geri dönə bilərik. Biz bunu bacardıq”, - o qeyd edib.

Qeyd edək ki, E.Cəfərquliyev oyunda iki qol ötürməsi ilə yadda qalıb.