“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında ən çox seyv edən qapıçılar sırasında ilk üçlüyə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı qolkiper Liqa mərhələsi və pley-off oyunlarında ümumilikdə 40 qurtarış edib. O, “Nyukasl”la matçda (1:6) 10 dəfə komandasını qoldan xilas edib.
Koxalski bu göstərici ilə 3-cüdür. Siyahıya 52 seyv ilə Nikita Haykin (“Budyo Qlimt”) başçılıq edir. İkinci pillədə isə 44 qurtarışla Tibo Kurtua (“Real”) qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər