Sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Son xəbərlər
Son Xəbərlər