Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyət əldə olunub.
“Qafqazinfo” xəbər verir ki, “SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən “Hidro-3” layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.
Layihə 28 may 2025-ci ildə dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan “Gold Standard” tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı ildə “Hidro-3” layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.
Bununla da, “Hidro-3” layihəsi Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir. Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir. Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.



Son xəbərlər
Son Xəbərlər