Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto

lalelikde-masin-surmusduler-polis-saxladi
Oxunma sayı: 1559

Yaşıllıq sahələrində avtomobil idarə edən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla sürücülər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, sosial media səhifələrində Naxçıvanda “Toyota” və “Niva”, Bərdədə isə “Mersedes” markalı avtomobillərlə laləlikdə hərəkət edən sürücülərin görüntüləri yayılıb.

Görüntülər vətəndaşlar tərəfindən qınaqla qarşılanıb.