“Barselona”nın gənc ulduzu Lamin Yamal ciddi zədə alıb.
“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “Selta Viqo”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda meydanı erkən tərk etmək məcburiyyətində qalıb.
L.Yamal 45+9-cu dəqiqədə zədəyə görə oyundan çıxıb.
“El Mundo Deportivo” nəşrinin yazdığına görə, gənc ulduzun zədəsi ciddidir. O hətta dünya çempionatını da buraxa bilər.
Son xəbərlər
Son Xəbərlər