Laricaninin qisasının alınacağına söz verdi

laricaninin-qisasinin-alinacagina-soz-verdi
Oxunma sayı: 1176

İranın Ali Lideri Müctəba Xamenei bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qatilləri əməllərinin əvəzini ödəyəcəklər.

“Qafqazinfo” xəbər verir ki, onun açıqlamasını “Tasnim” agentliyi yayıb.

“Şübhəsiz ki, belə bir şəxsiyyətin öldürülməsi onun əhəmiyyətinə və İslam düşmənlərinin ona qarşı bədxahlığına dəlalət edir. Hər bir qan tökülməsinin öz qiyməti var ki, şəhidlərin cinayətkar qatilləri bunu tezliklə ödəməli olacaqlar”, - İran lideri xəbərdarlıq edib.

Xamenei Laricaninin yaxınlarına başsağlığı verib və onun görkəmli şəxsiyyət olduğunu qeyd edib.