Lənkəranda yeniyetmə bibisi qızını bıçaqladı

lenkeranda-yeniyetme-bibisi-qizini-bicaqladi
Oxunma sayı: 3560

Lənkəranda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü V.Ə. 2003-cü il təvəllüdlü bibisi qızını bıçaqlayıb.

Ağır bıçaq yarası alan qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar.

Surxay Şahbazov