Leo Nikolyan Ermənistana buraxılmayıb - Foto

leo-nikolyan-ermenistana-buraxilmayib
Oxunma sayı: 1793

Fransada yaşayan erməniəsilli jurnalist Leo Nikolyanın Ermənistana girişinə qadağa qoyulub.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, Nikolyan İrəvanın “Zvarnots” aeroportunda aclıq elan edib. 

“Mən Ermənistandan getməyəcəyəm, elə buradaca, “Zvarnots” aeroportunda pasport yoxlanışı bölməsində aclıq elan edirəm”, - deyə jurnalist qeyd edib.

O bildirib ki, onun Ermənistana girişinin qadağan olunması ilə bağlı özünə hər hansı məlumat verilməyib: “Ola bilsin Voskepardakı (Əskipara – red.) hadisələri işıqlandırdığıma görə belə bir qərar verilib. Mən Voskeparda olmuşam”.

Nikolyan, həmçinin 1991-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşadığını və orada yaralandığını qeyd edib.