Lerikdə yol qəzasında ölənlərin adı məlum oldu - Siyahı+Video+Yenilənib

lerikde-yol-qezasinda-olenlerin-adi-melum-oldu
Oxunma sayı: 17529

Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 15:20 radələrində rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişinlərdən 8 nəfəri hadisə yerində ölüb, sürücü və digər 6 sərnişin isə xəsarət alıblar. İlkin məlumata görə, ölənlərin hamısı qadındır.  Onların Lerikdə “Baba ocağı” adlı ziyarətgahdan gəldiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.

“Qafqazinfo” “Apa”ya istinadən xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Elmar Əli