Liz Trass rəsmən Britaniyanın Baş naziri oldu - Foto

liz-trass-resmen-britaniyanin-bas-naziri-oldu
Oxunma sayı: 3739

Böyük Britaniya kraliçası II Yelizaveta Liz Trassı Balmoral qəsrində qəbul edib və onu ölkənin yeni Baş naziri təyin edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da, Trass kraliçanın təyin etdiyi 15-ci Baş nazir olub.

Trass kraliçanın qəbulundan sonra Dauninq-stritdəki iqamətgaha yollanacaq və Bakı vaxtı ilə 19:00-da burada Baş nazir olaraq ilk çıxışını edəcək.

Xatırladaq ki, Boris Conson onun iştirakı ilə baş verən qalmaqallar fonunda iyulun 8-i Mühafizəkarlar partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verməyə razı olduğunu bildirib. O, Mühafizəkarlar partiyasına yeni lider və Baş nazir seçilənə qədər səlahiyyətlərini icra edəcəyini açıqlamışdı. Ölkənin xarici işlər naziri Liz Trass sentyabrın 5-i sözügedən partiyanın yeni lideri və ölkənin Baş naziri seçilib.

Qeyd edək ki, Trass Böyük Britaniya tarixində Baş nazir postunu tutan üçüncü qadındır. Belə ki, ondan əvvəl bu vəzifəni Marqaret Tetçer və Tereza Mey icra edib. 

Həmçinin oxuyun: Böyük Britaniyanın qalmaqallı yeni “Dəmir ledi”si... - Fotolar