“Bank Avrasiya” yay kampaniyasına start verdi

bank-avrasiya-yay-kampaniyasina-start-verdi
Oxunma sayı: 738

“Bank Avrasiya” ASC müştəriləri üçün növbəti sərfəli yay kampaniyasına start verib.

Kampaniya çərçivəsində nağd kredit rəsmiləşdirən müştərilər ödənişlərə yalnız 3-cü aydan başlayacaqlar. Beləliklə, kredit götürən şəxslər ilk 2 ay ərzində güzəşt müddətindən yararlana biləcəklər.

Kampaniya çərçivəsində müştərilər 1000 AZN-dən 100 000 AZN-dək nağd krediti illik minimum 13% faiz dərəcəsi ilə 24 ayadək müddətə əldə edə bilərlər. Güzəşt müddəti müştərilərə maliyyə planlamasını daha rahat qurmağa və kredit ödənişlərinə tələsmədən başlamağa imkan yaradır.

Kampaniya 20 iyul tarixindən 31 avqust tarixinədək davam edəcək.

Kampaniya ilə bağlı ətraflı məlumat üçün bankın *2226 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

“Bank Avrasiya” ASC 251 saylı lisenziya, 28.11.2007-ci il, Azərbaycan Respublikasının Mərkəzi Bankı.