İranda 2 zəlzələ oldu - Yaralılar var

iranda-2-zelzele-oldu
Oxunma sayı: 1361

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. 

Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib.