Böyük Britaniyanın paytaxtı Londonda Ramazan ayı ilə bağlı hazırlıqlar başlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərin məşhur Coventry küçəsi 2023-cü ildən bu yana artıq dördüncü dəfədir Ramazan ayı münasibətilə bəzədilir.
Küçənin bəzədilməsi üçün təqribən 31 min led işıqlardan istifadə olunub. Müxtəlif formalı bəzəkləri isə hər axşam yerli vaxtla 17:00-01:00 aralığında izləmək mümkündür.
Ramazan ayı ilə bağlı hazırlıqlar şəhər sakinlərinin marağına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər