Venesuelada 7,5 bal gücündə zəlzələ oldu

venesuelada-75-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 688

Venesuelada 7,1 bal gücündə güclü zəlzələ olub. Yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla, ölkənin bir çox bölgəsində hiss edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Karib dənizi sahilində yerləşən Moron şəhərindən təxminən 28 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.

Güclü zəlzələ nəticəsində Karakasda binalar silkələnib, sakinlər təhlükəsizlik məqsədilə evlərini və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

Hadisədən sonra aidiyyəti qurumlar bölgədə monitorinqə başlayıb. İlkin məlumata görə, zəlzələ nəticəsində ölən, yaralanan və ya ciddi dağıntı barədə rəsmi məlumat verilməyib.

***

Venesuelada 7,1 bal gücündə zəlzələdən qısa müddət sonra 7,5 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.