Millimiz Maltaya uduzdu - Video-Yenilənib

millimiz-maltaya-uduzdu
Oxunma sayı: 5227

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

***

Komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 1. Emil Balayev 14. Elvin Bədəlov 15. Bədavi Hüseynov (k) 5. Anton Krivotsyuk 21. Qismət Alıyev 3. Elvin Cəfərquliyev 13. Emil Səfərov 20. Aleksey İsayev 17. Toral Bayramov 11. Xəyal Əliyev 10. Mahir Emreli

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev 23 Rza Cəfərov 2 Rəhman Daşdəmirov 4 Rahil Məmmədov 6 Abdulla Xaybulayev 8 Emin Mahmudov 9 Renat Dadaşov 16 Tellur Mütəllimov 17 Vüsal İsgəndərli 18 Cəlal Hüseynov 19 Nəriman Axundzadə 22 Rüstəm Əhmədzadə 24 Səbuhi Abdullazadə 25 Rüfət Abbasov 26 Ayxan Hüseynov

Malta: 25. Zammit 26. Evurum 10. Teuma 20. Çuref 23. Satariano 6. Qillaumyer (k) 16. Əl-Tumi 21. Korbalan 13. Pepe 5. Şou 14. Qarsiya 

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Malta hesabı açır. 65-ci dəqiqədə Jozef Mbonq fərqlənir.

***

75-ci dəqiqədə Elvin Bədəlov fərqlənsə də, oyundankənar vəziyyətə görə qol qeydə alınmır.

***

86-cı dəqiqədə Aleksandr Satariano fərqi artırır.

***

Matç başa çatdı. Millimiz yoldaşlıq görüşündə Malta kollektivinə 2:0 hesab ilə məğlub olur.