Marketdə çalışan şəxs qətlə yetirildi - Yenilənib

marketde-calisan-sexs-qetle-yetirildi
Oxunma sayı: 5708

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Daş körpü” adlanan ərazidə baş verib.

1998-ci il təvəllüdlü Hüseynov Məhəbbət Ələddin oğlu, iki naməlum şəxs tərəfindən xəstəxanaya gətirilib. 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin marketdə çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.

Yunis Quliyev