Marko Rubiodan İran bəyanatı - “Nələrin baş verəcəyini gözləyək”

marko-rubiodan-iran-beyanati
Oxunma sayı: 563

ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqton və Tehran arasında sülh sazişi ilə bağlı vəziyyətin yaxın günlərdə aydınlaşa biləcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, dövlət katibi iki ölkə arasındakı münaqişənin nizamlanması prosesində artıq “müsbət siqnalların” olduğunu diqqətə çatdırıb.

M. Rubio rəsmi bəyanatlardan qabaq danışmaq istəmədiyini bildirib:

“Rəsmi açıqlamaları qabaqlamaq istəmirəm, ona görə də gəlin yaxın bir neçə gündə nələrin baş verəcəyini gözləyək. Əgər tərəflər arasında sərfəli razılaşma əldə olunmasa, ABŞ-nin İranla bağlı masada digər variantları da qüvvədə qalır”.

Xatırladaq ki, bundan əvvəl “Fars” agentliyi öz mənbələrinə istinadən Tehranın sülh danışıqlarını bərpa etmək üçün Vaşinqton qarşısında 5 şərt irəli sürdüyünü bildirmişdi. Həmin tələblərə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması, müharibənin vurduğu zərərin ödənilməsi və ən əsası – ABŞ-nin İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnu tanıması daxildir.

ABŞ isə öz növbəsində qarşılıqlı şərtlər irəli sürərək, 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-yə çıxarılmasını və ölkədə yalnız bir nüvə obyektinin saxlanılmasını tələb edir.