Marko Yankoviç məşqçilik kurslarına qoşuldu - Video

marko-yankovic-mesqcilik-kurslarina-qosuldu
Oxunma sayı: 702

“Qarabağ”ın futbolçusu Marko Yankoviç ölkəsi Monteneqroda UEFA A lisenziyasını almaq üçün təlimlərə qatılıb.

 “Qafqazinfo” xəbər verir ki, o, çempionatda yaranan fasilədən istifadə edərək kurslarda iştirak edib. 

Yarımmüdafiəçi imtahanları uğurla başa vurduqdan sonra A lisenziyası ala biləcək.

Marko Yankoviçlə yanaşı onunla birlikdə “Qarabağ”da oynamış Marko Veşoviç də kurslara qoşulub. 

Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”da çıxış edən Yankoviçin Azərbaycan çempionundan ayrılacağı gözlənilir. Yarımmüdafiəçi müxtəlif klublardan təkliflər alıb.