Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar

masallida-2-usaqli-ananin-ucemi-de-doguldu
Oxunma sayı: 918

Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:

“Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.