“Məğlubiyyəti hava ilə bağlamaq düzgün olmazdı” - Valdas Dambrauskas

meglubiyyeti-hava-ile-baglamaq-duzgun-olmazdi
Oxunma sayı: 561

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Danimarkanın “Orhus” klubu ilə keçiriləcək cavab matçından öncə optimist danışıb.

“Qafqazinfo” xəbər verir ki, litvalı mütəxəssis bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

V. Dambrauskas ilk qarşılaşmadakı oyunu təhlil edərək bunları bildirib:

“Rəqib komandanın heyətində yaxşı futbolçular çoxdur. Rəqibə qarşı ilk oyunda yaxşı çıxış etdik. Bəlkə də futbolçularımız belə bu mərhələyə qədər yaxşı çıxış edəcəyimizə inanmırdılar. “Orhus”un stadionunda möhtəşəm atmosfer var idi. Məğlubiyyətdən narazı qalmışdıq. İnşallah, cavab görüşündə səhvləri təhlil etdikdən sonra uğurlu nəticə qazanacağıq”.

Təcrübəli baş məşqçi havanın nəticəyə ciddi təsir göstərmədiyini də diqqətə çatdırıb:

“İqlim faktoru çox önəmli deyil. Biz orada olarkən hava başqa cür də ola bilərdi. Yəni, məğlubiyyəti hava ilə bağlamaq düzgün olmazdı. Mənim üçün ən arzuolunmaz vəziyyət havanın hədsiz küləkli olmasıdır. İnanırıq ki, sabah hər şey qaydasında olacaq”.

Qeyd edək ki, “Sabah” – “Orhus” matçı avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Səfərdə baş tutan ilk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.