“Mən onu başa düşürəm, o da məni”

men-onu-basa-dusurem-o-da-meni
Oxunma sayı: 295

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu və Pxenyanın onun dialoq təklifinə cavab verdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalistlərdən birinin Kim Çen Inın dialoq təşəbbüsünə cavab vermədiyini iddia etməsinə ABŞ Prezidenti “Bunu haradan bilirsiniz?” deyərək reaksiya verib.

Cavabın daxil olub-olmadığı ilə bağlı dəqiqləşdirici suala isə Tramp “bəli” deyərək müraciətinin cavabsız qalmadığını vurğulayıb:

“Bu, çox müsbətdir. Kim Çen In həmişə mənə böyük hörmətlə yanaşıb. Biz dəfələrlə görüşmüşük. Əsasən, iki dəfə. Görüşüb söhbət etmişik. Mən onu başa düşürəm, o da məni”.

Şimali Koreya lideri ilə münasibətlərinin yaxşı olduğunu qeyd edən ABŞ Prezidenti təqdim olunan cavabın təfərrüatlarını açıqlamaqdan imtina edib.