“Əslində, bu futboldur. Belə səviyyəli yarışlarda oynadıqda məğlubiyyət gözləyirsən. Amma bu bizə bir dərs olmalıdır. Bunu təhlil eləməli və nəticə çıxarmaq lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ” – “Nyukasl” (1:6) matçından sonra Ağdam təmsilçisinin futbolçusu Marko Yankoviç bildirib.
“Məğlubiyyətdən sonra qaynar beyinlə nəsə düşünmək çətindir, çünki böyük hesabla uduzdur. Mənim üçün də gözlənilməz təcrübə idi”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər