“Mercedes”lə “Range Rover” toqquşdu - Video

mercedesle-range-rover-toqqusdu
Oxunma sayı: 1941

Paytaxtın Qaradağ rayonunda avtomobillər toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.

Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Araşdırma aparılır.