Mertsi ABŞ-də bu otaqda qonaq etdilər - Foto

mertsi-abs-de-bu-otaqda-qonaq-etdiler
Oxunma sayı: 1860

ABŞ-də səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertsin gecələməsi üçün ayrılan otaq gündəm olub.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, Merts Vaşinqtondakı “Blair House” hotelində çəhrayı otağa yerləşdirilib.

Məlumata görə, bir vaxtlar şahzadə Diana və Jaklin Kennedi də çəhrayı yataqlı otaqda qalıb.

Qeyd edək ki, Merts Kansler vəzifəsində ABŞ-yə ilk dəfə səfər edib və Ağ Evdə Birləşmiş Ştatların Prezidenti Donald Trampla görüşüb.