Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

meshur-futbolcu-italiya-klubunun-bas-mesqcisi-oldu
Oxunma sayı: 2481

İtaliya A Seriyasında çıxış edən “Udineze” klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, 50 yaşlı italiyalı mütəxəssis ilə mövsümün sonuna qədər razılığa gəlinib.

Qeyd edək ki, o, sonuncu dəfə “Benevento”nu çalışdırıb.