Messi zədələndi

messi-zedelendi
Oxunma sayı: 2223

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya ilə oyunda zədələndiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “ESPN” nəşri məlumat yayıb.

“Mən adduktor əzələsində narahatlıq hiss etdim. Bu, mənim il üçün son oyunum idi. Ona görə də sağalmaq üçün vaxtım var ki, 2024-cü ilə tam hazır başlaya bilim”, - Messi bildirib.

Qeyd edək ki, noyabrın 21-i keçirilən Argentina - Braziliya matçında azarkeşlərlə polislər arasında xoşagəlməz hadisə yaşanıb.

Belə ki, braziliyalı polislər coşqun argentinalı azarkeşləri əllərindəki dəyənəklərlə vurmağa başlayıblar. Lionel Messi isə “biz bu şəraitdə davam edə bilmərik deyib” meydanı tərk edib. Lakin sonradan matç davam etdirilib. Oyun 1:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.