Metropoliten rəhbərliyi dünən xəsarət alanları ziyarət etdi - Fotolar

metropoliten-rehberliyi-dunen-xesaret-alanlari-ziyaret-etdi
Oxunma sayı: 3376

Bakı Metropolitenin rəisi Vüsal Aslanov ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Həmçinin bildirilib ki, texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub.

“Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən gün “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranmış və sərnişinlərin təxliyəsi həyata keçirilmişdi.