Millət vəkilinin saxlanılan oğlu - Fotolar

millet-vekilinin-saxlanilan-oglu
Oxunma sayı: 16598

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.  

Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M. Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi  əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər. 

“Qafqazinfo” M. Nərimanlının fotolarını əldə edib. Həmin fotoları təqdim edirik:

Günel Türksoy