Millimiz 7 qol buraxıb uduzdu

millimiz-7-qol-buraxib-uduzdu
Oxunma sayı: 708

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.