Moskvada 5-ci sinif şagirdi müəllimə bıçaqla hücum edib.
“Qafqazinfo” “Vedomosti”yə istinadən xəbər verir ki, hadisə Ryabinkin adına 1392 nömrəli məktəbdə qeydə alınıb.
Şagird dərhal məktəbin mühafizə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Kiçik xəsarətlər almış müəllimə tibbi yardım göstərilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
Məlumata görə, bu, Rusiyada yeni tədris ilinin başlamasından sonra (Rusiyada tədris ili sentyabrın 1-i başlayır - red.) məktəblərdə qeydə alınan üçüncü bıçaqlanma hadisəsidir. Digər iki hadisə Başqırdıstanda və Krasnoyarsk diyarında qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər