Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.
“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.
“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.
Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.
***
“112” teleqram kanalının məlumatına görə, hücum zamanı 40 nəfər həlak olub.
***
Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib.
Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.
***
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, terror aktı qurbanlarının sayının artacağı istisna edilmir.
***
Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb. Yaralı sayı isə 107-dir.