“Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib.
“Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır, bu, bəllidir. Amma mədəniyyətlə bağlı olanda insanlıqdan başqa, istedad olmalıdır. İstedad da hər uşaqda olmur. Təklif edirəm, necə ki, Azərbaycandan xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları bizim rayonlardan da Bakıya oxumağa göndərsinlər”, - komitə sədri qeyd edib.
***
Mədəniyyət naziri Adil Kərimli Polad Bülbüloğlunun çıxışına münasibət bildirib: “İstedadların müəyyən edilməsi qeyd olundu. Onları üzə çıxarmaq, müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir. Gələn ildən etibarən Uşaq İncəsənət Festivalı İncəsənət Olimpiadası formatında keçiriləcək. Qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər