Narkozda ölən xəstəyə görə cinayət işi başlandı

narkozda-olen-xesteye-gore-cinayet-isi-baslandi
Oxunma sayı: 6398

Qəbələdə həkim səhlənkarlığı ilə bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü İsmayıllı rayon sakini Murad Süleymanlının yanvarın 14-də Qəbələ Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı M.Süleymanlının xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Xatırladaq ki, bir müddət öncə sözügedən hadisə ilə bağlı Orxan Süleymanlı "Qafqazinfo"ya müraciət edərək qardaşı M.Süleymanlının ölümündə həkimləri günahlandırmışdı.

Buradan oxuyun: “Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər”