“Neçə arvadınız var?” - Video

nece-arvadiniz-var
Oxunma sayı: 22150

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb.

Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.

Ağ Ev rəhbəri bir şüşə ətiri Suriya prezidentinə, digərini isə onun həyat yoldaşına hədiyyə edib və “Neçə arvadınız var?”, - gülümsəyərək soruşub.

Əhməd əl-Şaraa isə “Bir?” , - cavabını verib.