Neftimiz bahalaşdı

neftimiz-bahalasdi
Oxunma sayı: 540

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 105.55 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.