Azərbaycanda palçıq vulkanlarından birində püskürmə baş verib.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün təxminən saat 15 radələrində Çeyildağ adlanan ərazidə qeydə alınıb.
Şahidlərin sözlərinə görə, püskürmə zamanı əraziyə tüstü və palçıq kütləsi yayılıb.
Qeyd edək ki, bu vulkan Bakının Qaradağ rayonunda yerləşir.
***
Yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Püskürmə bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsinin davamlılığı 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur.
Püskürmə 2km dərinlikdə baş verib.
Son xəbərlər
Son Xəbərlər