Nərdivandan yıxılan 73 yaşlı kişi öldü

nerdivandan-yixilan-73-yasli-kisi-oldu
Oxunma sayı: 439

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.