Nərimanov bələdiyyəsində Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

nerimanov-belediyyesinde-veten-muharibesi-qehremani-ile-gorus-kecirilib
Oxunma sayı: 1418

Bu gün Nərimanov bələdiyyəsində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasını sədri Arif Hümbətov və Vətən Müharibəsi Qəhrəmanı Zaur Quliyevlə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Təmraz Tağıyev xalqımızın hər bir üzvünün Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında torpaqlarımızın  erməni işğalından azad olunması uğrunda müqəddəs savaşın qərəmanları ilə görüşdən qürur duyduğunu bildirib.

Görüşdə, həmçinin Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.

Qeyd edək ki, Hikmət Quliyev Cəbrayıl, Füzuli, Hadrut və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Şəhid qəhrəman Azad Hümbətov isə Füzuli, Hadrut, Qubadlı və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

Görüşün sonunda Nərimanov bələdiyyəsinin inzibati binasında Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunmuş guşənin qarşısında xatirə şəkli çəkilib.