Nərimanovda nəhəng və unikal “Kontakt” mağazası açılır - Tezliklə

nerimanovda-neheng-ve-unikal-kontakt-magazasi-acilir
Oxunma sayı: 1656

Bütün Nərimanov və ətraf ərazilərdə yaşayanların nəzərinə: Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” Nərimanovda nəhəng və unikal mağazasını yeni ünvanda təqdim edəcək.

Yeni mağaza Nərimanovdakı digər “Kontakt” mağazasının çox yaxınında, “Metropark” t/m-lə üzbəüz yerləşir və rəsmi açılışı növbəti aya planlaşdırılır.

2 mərtəbəli, 3000 m2-lik çox geniş sahəyə və unikal interyerə malik mağazadan hər kəs rəqəmsal, kiçik və böyük məişət texnikasının, nəqliyyat, ev tekstili, qab-qacaqların, o cümlədən mebellərin 30 000-dən çox çeşidini əldə etməklə bərabər, alış-veriş prosesinin komfortundan faydalana biləcək. Çünki burada ziyarətçilərin rahatlığı üçün müxtəlif Brend Zonaları, Qəhvə Zonası, növbə gözləyərkən daha səmərəli vaxt keçirə bilməyiniz üçün isə kassa bölməsində ödənişsiz “Wi-fi” Zonası olacaq.

Bundan başqa, müştərilər mağazada alış-veriş edərkən övladları onlar üçün ayrılmış Uşaq Zonasında əylənərək vaxt keçirə biləcək. Bir sözlə, “Kontakt”ın yeni Nərimanov mağazası uşaqdan-böyüyə hamının ürəyini fəth edəcək.

Odur ki, rəsmi açılış tarixini qaçırmamaq və “Kontakt”ın digər yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin rəsmi sosial media hesablarını izləməyinizi tövsiyə edirik.