Norveçin yeni Kralı and içdi

norvecin-yeni-krali-and-icdi
Oxunma sayı: 351

Mərhum Norveç Kralı V Haraldın oğlu VIII Hokon sentyabrın 1-də Konstitusiyaya uyğun olaraq “Storting” (parlament) qarşısında and içib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Yeni monarx parlamentdəki çıxışında dövləti qanunlara uyğun idarə edəcəyinə söz verib:

“Mən Norveç Krallığını onun Konstitusiyasına və qanunlarına uyğun olaraq idarə edəcəyimə söz verirəm və and içirəm, buna görə də mənə kömək et, qadir və hər şeyi bilən Tanrı!”

Məlumat üçün bildirək ki, Kralın andiçmə mərasimində anası Kraliça Sonya da iştirak edib. Lakin VIII Hokonun həyat yoldaşı, kraliça Mette-Marit iyun ayında keçirdiyi ağciyər köçürülməsi əməliyyatından sonra yaranan sağlamlıq problemlərinə görə mərasimə qatıla bilməyib.

Qeyd edək ki, hazırda Norveçdə iki kraliça var: onlar Kral VIII Hokonun anası, “Əlahəzrət Kraliça” titullu Sonya Haraldsen və onun həyat yoldaşı, “Əlahəzrət” titullu Mette-Maritdir.

Xatırladaq ki, Avropanın ən yaşlı monarxı olan Norveç Kralı V Harald avqustun 28-də 89 yaşında vəfat edib.

Qeyd edək ki, Norveç monarxiyasının kökləri IX əsrə – Kral Gözəl Saçlı Haralda qədər gedib çıxır. Norveç 1905-ci ildə müstəqilliyini bərpa edərkən keçirilən ümumxalq referendumu zamanı seçicilərin ¾-ü monarxiyanın bərpasına səs verib. Bu gün isə bu rol böyük ölçüdə simvolik xarakter daşıyır, çünki əsl hakimiyyət seçilmiş parlamentə məxsusdur.