“Nüvə qurğularımız ciddi şəkildə zədələnib”

nuve-qurgularimiz-ciddi-sekilde-zedelenib
Oxunma sayı: 3120

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin zərbələri nəticəsində ölkənin nüvə obyektlərinin ciddi zərər gördüyünü təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Əl-Cəzirə”yə müsahibəsində danışıb.

“ABŞ-nin “B-2” bombardmançıları endirdiyi zərbələrdə bunker əleyhinə bombalardan istifadə edib. Şübhəsiz, nüvə qurğularımız əhəmiyyətli dərəcədə zədələnib”, - deyə, XİN sözçüsü bildirib.