Ödənişli yoldakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı

odenisli-yoldaki-qezada-xesaret-alanlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 884

Ötən gün Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda baş verən ağır yol qəzasında yaralananların vəziyyəti açıqlanıb. 

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 21:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 6 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu təyin edilib.

Xəsarət alanlardan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər öz istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

Qeyd edək ki, hadisə zamanı "KİA" markalı avtomobil idarəetməni itirib və dərəyə aşaraq ağaca çırpılıb. Faktla bağlı araşdırma aparılır.