Ödənişli yolda daha bir qəza, yaralılar var - Video

odenisli-yolda-daha-bir-qeza-yaralilar-var
Oxunma sayı: 2236

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”  Azərtac-a istinadən xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.