Oğlunun açıqlamasından sonra ilk dəfə görüntüləndi

oglunun-aciqlamasindan-sonra-ilk-defe-goruntulendi
Oxunma sayı: 514

ABŞ-nin keçmiş prezidenti Co Bayden oğlu Hanterin onun səhhəti ilə bağlı açıqlamasından sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

“Qafqazinfo” xəbər verir ki, 83 yaşlı siyasətçi Delaverdəki kilsə ibadətindən sonra obyektivlərə tuş gəlib.

Qərb mediası gülümsəməsinə baxmayaraq, eks-prezidentin gözəçarpan dərəcədə zəiflədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Baydenin oğlu Hanter Bayden BBC-yə müsahibəsində atasının xərçənglə mübarizəsinin artıq xeyli çətinləşdiyini deyib.