“Olivia”nın təşkilatçılığı ilə mayın 23-də ölkənin ən böyük gözəllik festivalı — “Olifest” baş tutub.
“Qafqazinfo” xəbər verir ki, festival gün ərzində iştirakçılara həm əyləncəli, həm də faydalı anlar yaşadıb. Tədbir məkanında müxtəlif brendlərin sərgi zonaları, hədiyyəli oyunlar, musiqili atmosfer, fotozonalar və interaktiv aktivliklər təşkil olunub.
Festival iştirakçıları gün ərzində brendlərin təqdim etdiyi məhsullarla tanış olub, oyunlarda iştirak edərək hədiyyələr qazanıb və xoş vaxt keçiriblər. “Olifest” yalnız əyləncə proqramı ilə deyil, həm də maarifləndirici çıxışları ilə yadda qalıb. Dermatokosmetoloq Günay Mikayılova səhnədə düzgün dəriyə qulluq rutini ilə bağlı maraqlı çıxış edib, iştirakçılarla faydalı məlumatlar bölüşüb və eyni zamanda onların da fikirlərini dinləyərək dolğun arqumentlərlə suallarını cavablayıb.
Gün ərzində keçirilən müxtəlif aktivliklərdə qalib olan iştirakçılar tərəfdaş brendlərdən hədiyyələr əldə ediblər. Festivalın əsas qalibi isə “Olivia” tərəfindən təqdim olunan 500 manatlıq hədiyyə kartı qazanıb.
Axşam saat 18:00-dan sonra “Olifest” xüsusi musiqili proqramla davam edib. Günün finalında səhnəyə çıxan Murad Arif enerjili ifası ilə festivala xüsusi ab-hava qatıb və iştirakçılara unudulmaz anlar yaşadıb.
Festivalda iştirak edə bilməyənlər üçün isə şad xəbər var: “Olifest” bu gün də davam edir. Mayın 24-də festival çərçivəsində vizajist Vəfa Həmzəyeva makiyaj sirləri haqqında danışacaq və iştirakçılarla peşəkar tövsiyələr bölüşəcək. Gecənin musiqili finalında isə səhnəyə Xalq artisti Aygün Kazımova çıxacaq.
“Olifest 2026”dan görüntüləri buradan izləyə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər