Ona zəng edən jurnalistə bu sözləri dedi

ona-zeng-eden-jurnaliste-bu-sozleri-dedi
Oxunma sayı: 422

ABŞ Prezidenti Donald Tramp Fransanı çox sevdiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Fransanın LCI telekanalının jurnalistinə bildirib.

Media nümayəndəsi İranla bağlı görüş zamanı Amerika liderinə zəng edib. Tramp telefona cavab verib, lakin hazırda danışa bilmədiyini bildirib.

“Hazırda birbaşa İranla əlaqəli bir görüşdəyəm, ona görə də sizinlə danışa bilmərəm, amma biz çox yaxşı işləyirik və Fransanı sevirəm” , - Tramp qeyd edib.